BMTK müəllimi beynəlxalq basketbol arenasında Azərbaycanı təmsil edir

Baku Modern Teacher Represents Azerbaijan in International Basketball

Bakı Modern Təhsil Kompleksinin İngilis bölməsinin İdman müəllimi Asif Baxışov beynəlxalq basketbol arenasında Azərbaycanı təmsil edən peşəkar mütəxəssislərdən biridir.

Asif Baxışov FIBA Commissioner tituluna sahibdir və hazırda bu ada malik yeganə azərbaycanlıdır. O, Almaniyada FIBA Commissioner lisenziyasının əldə edilməsi üçün keçirilən xüsusi seminarda iştirak edib və imtahanları uğurla başa vurub.

Asif Baxışov həmçinin Basketball Champions League yarışlarında Technical Delegate kimi fəaliyyət göstərir və beynəlxalq basketbol yarışlarının təşkilati və texniki proseslərinə nəzarət edir. Onun növbəti peşəkar fəaliyyəti 30 sentyabr–1 oktyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində keçiriləcək 2026–2027 mövsümü üzrə BCL Technical Delegate Workshop olacaq.

Bakı Modern Təhsil Kompleksi müəllimlərinin beynəlxalq peşəkar platformalarda Azərbaycanı təmsil etməsini xüsusi dəyər kimi qiymətləndirir və Asif Baxışova beynəlxalq fəaliyyətində yeni uğurlar arzulayır.

View on Instagram