Məzunlarımızın uğurları

Mezunlarimizin ugurlari

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.
Bakı Modern Təhsil Kompleksinin imtahanda iştirak edən şagirdlər arasında ən yüksək nəticəni 274 balla 11A sinif şagirdi Nağızadə Rüstəm göstərib. İkinci ən yüksək nəticəyə nail olan 11A sinif şagirdi Hacıyev Rəhmandır - o, 273 bal toplayıb. 11-ci sinif şagirdi Cəfərli Röya isə 263 bal toplayaraq üçüncü nəticəyə nail olub.
Rüstəmi, Rəhmanı , Röyanı, onların müəllimlərini və valideynlərini ürəkdən təbrik edirik!