Akkreditasiya

Akkreditasiya

Qürurla elan edirik ki, Bakı Modern Beynəlxalq Məktəbi (BMBM) 30 iyun 2024-cü ilə qədər 0-11-ci siniflər üzrə tam akkreditasiya almışdır! Akkreditasiya akkreditə edən agentlik tərəfindən müəssisənin müəyyən edilmiş təhsil standartlarına uyğun təhsil verdiyini təsdiq edir. BMBM Azərbaycanda 0-11-ci siniflər üzrə tam akkreditə olunmuş və ACS WASC tələblərinə və standartlarına cavab verən yeganə məktəbdir. Bütün şagirdləri, valideynləri, kollektivi bu nailiyyət münasibətilə ürəkdən təbrik edirik, şagirdlərimizə ən keyfiyyətli təhsili təmin etmək yolunda daha da böyük nailiyyətlərə imza atacağımıza inanırıq!