Kitabxana haqqında
- Kitabxana İRBİS 64 avtomatlaşdırılmış ixtisasçı proqramı ilə fəaliyyət göstərir;
- Kitabxana müasir elektron avadanlıqlarla tam təmin olunub;
- Açıq rəf üsulu ilə sərbəst kitab seçimi;
- Kitabxanadan istifadə yalnız qeydiyyat əsasında həyata keçirilir
Fəaliyyət istiqamətlərimiz
- Mütaliə saatlarının təşkili;
- Tənqidi və yaradıcı yanaşma qabiliyyətinin inkişaf etdirilməsi;
- Oxunan əsərlərin müzakirəsi və təhlili;
- İbtidai siniflərdə oxu texnikası saatlarının təşkili;
- Şair və yazıçılarla görüşlərin təşkili;
- Ələmatdar və tarixi günlərin keçirilməsi;
- İnşa və rəsm müsabiqələri;
- Səsli nağılların dinlənilməsi;
- Azərbaycan dilinin rus bölmələrində inkişafına kömək;
- Kitabların icmalı;
- Nağıl günlərinin keçirilməsi.
Oxucunun hüquqları
- Kitabxana fondunu e-kataloqdan izləmək;
- Sərbəst nüsxələri müvəqqəti əldə etmək üçün kitabxanaya müraciət etmək;
- Kitabxanadaxili komputerlərdən və digər texniki avadanlıqlardan kitabxanaçı olduğu müddətdə istifadə etmək.
Oxucunun vəzifəsi
- Kitablar və digər çap məhsulları ilə ehtiyatlı davranmaq;
- Götürülən resursların istifadə müddətinə riayət etmək və vaxtında təhvil vermək;
- bədii ədəbiyyat və dövri nəşrlər – 10 gün;
- dərslik və dərs vəsaitləri – 1 tədris ili.
- Götürülən çap əsərini oxuyaraq vaxtında geri qaytarmaq. Kitabın təhvilverilmə vaxtını ötürmüş oxucular müvəqqəti oxucu hüququndan məhrum edilə bilər;
- Sakitliyə riayət etmək;
- Zədələnən, korlanmış və itirilən kitabın cəriməsində eyni adlı kitabla əvəzetmə (kitab satışda olmadığı və ya sifarişi xarici ölkələrdən olduğu halda kitabın maddi dəyərini ödəmək və ya kitabxanaçı tərəfindən razılaşdırılmış digər kitabla əvəzetmə);
- Məktəbi dəyişdikdə və ya bitirdikdə istifadə olunan vəsaitləri kitabxanaya təhvil vermək.
Kitabxanada qadağandır
- Kitabxanaçı olmadığı halda kitab götürmək və ya təhvil vermək;
- Bir komputerdən eyni zamanda bir nəfərdən artıq şagirdin istifadə etməsi;
- İnternetin ödənişli resurslarından istifadə etmək;
- Kitabı qeydiyyata almadan kitabxanadan çıxarmaq;
- Mobil telefondan istifadə etmək.