Beynəlxalq Məktəb proqramı
Bakı Modern Beynəlxalq Məktəbdə ingilis dilində tədris olunan fənlər milli standartlarla yanaşı, ABŞ Təhsil standartları (Common Core state standards), innovativ metod və davamlı inkişaf strategiyasına əsaslanan təhsil sistemi vasitəsilə şagirdlərdə yüksək bilik və bacarıqlar formalaşdırır. Məktəbdə beynəlxalq təcrübəli yerli və xarici müəllimlər fəaliyyət göstərir.
Bakı Modern Beynəlxalq Məktəbi (BMBM) 30 iyun 2024-cü ilə qədər 0-11-ci siniflər üzrə tam akkreditasiya almışdır! Akkreditasiya akkreditə edən agentlik tərəfindən müəssisənin müəyyən edilmiş təhsil standartlarına uyğun təhsil verdiyini təsdiq edir. BMBM Azərbaycanda 0-11-ci siniflər üzrə tam akkreditə olunmuş və ACS WASC tələblərinə və standartlarına cavab verən yeganə məktəbdir.
2023-2024-cü tədris ilindən etibarən Bakı Modern Beynəlxalq Məktəbində Kembric Beynəlxalq Məktəb Proqramının tədrisinə başlanacaqdır.
Bakı Modern Beynəlxalq Məktəbi eyni zamanda 2022-ci ildən İB Diploma Proqramına namizəd məktəbdir. Bu məktəb hazırda Ümumdünya IB məktəbi olmaq üçün avtorizasiya prosesini keçməkdədir. Bu o deməkdir ki, bu məktəb IB məktəbləri üçün vahid fəlsəfəyə - keyfiyyəti və tələbləri yüksək olan beynəlxalq təhsil fəlsəfəsinə sadiqdir.
Yalnız IB Təşkilatı tərəfindən səlahiyyətli məktəblər dörd akademik proqramdan birini təklif edə bilərlər: «İbtidai sinif» proqramı (PYP), «Orta məktəb» proqramı (MYP), «Diplom» proqramı və ya «Karyera» proqramı. Namizədlik statusu icazənin veriləcəyinə zəmanət vermir. IB proqramı haqqında daha ətraflı məlumat üçün www.ibo.org.