Azərbaycan və Rus bölmələri haqqında

Bakı Modern Məktəbi 2012-ci ildə fəaliyyətə başlamışdır. Tədris Milli Kurrikulum əsasında Azərbaycan və rus dillərində aparılır.  Təlim prosesi şagirdlərin hərtərəfli inkişafına və  XXI əsr bacarıqlarına (yaradıcılıq, tənqidi düşünmə, araşdırma, mühakimə etmə, liderlik) yönəlmişdir. 

Məktəbdə əcnəbi dillərin tədrisinə xüsusi yer ayrılır. Şagirdlər Ana dili və ingilis dili ilə yanaşı, alman, türk və çin dillərini öyrənmək imkanı əldə edirlər. 

Məktəbdə şagirdlərin hərtərəfli inkişafı üçün idman və incəsənət dərnəkləri fəaliyyət göstərir. 

Ev tapşırıqlarının yerinə yetirilməsi və akademik cəhətdən geri qalan şagirdlərlə xüsusi iş aparılır, istedadlı gənclər yerli və beynəlxalq olimpiada və yarışlara hazırlaşdırılır. 

Bakı Modern Məktəbində Robototexnika və Nanotexnologiya laboratoriyalarında şagirdlər innovativ təcrübələr və layihələr həyata keçirirlər.