Bakı Modern Təhsil Kompleksi 2012-ci ildən Bakı Modern Məktəbi kimi fəaliyyətə başlamışdır. Bu gün BMTK şagird və valideynlərin etimadını qazanaraq ölkəmizdə öndə gedən böyük bir Kompleksə çevrilmişdir. 

BMTK-ın əsas məqsədi Avropa təhsil sisteminə inteqrasiya etmək, innovativ texnologiyalara əsaslanan təlim prosesini təşkil etməklə beynəlxalq standartlara cavab verən müasir tədris - təlim sistemi yaratmaqdır.

Kompleksin tədris proqramı məktəbəqədər (2-6 yaş),  ibtidai (I-IV), ümumi orta (V-VIII) və tam orta təhsil (IX-XI) səviyyələrini əhatə edir.  Kompleksin tərkibinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin proqramı əsasında fəaliyyət göstərən Bakı Modern Məktəbi və Amerika «Common Core State Standards» proqramı əsasında fəaliyyət göstərən Bakı Modern Beynəlxalq Məktəbi, Modern Uşaq Akademiyası və BabyPlaza uşaq bağçaları daxildir. Kompleks dövlət standartlarına əsaslanmaqla və beynəlxalq təhsil proqramlarından istifadə etməklə özünün tədris planı və proqramlarını tərtib edərək, həmin plan və proqramlara uyğun olaraq tədris prosesini təşkil edir. Tədris üç dildə - Azərbaycan, rus və ingilis dillərində həyata keçirilir.

XXI əsrdə gənc nəslə lazım olan bacarıq və qabiliyyətlərin formalaşdırılması, şagirdlərin həyat boyu öyrənməsi üçün vacib olan metakoqnitiv bacarıqların inkişaf etdirilməsi, istedadlı uşaqların intellektual və yaradıcı potensialının üzə çıxarılması üçün Kompleksdə hər cür şərait yaradılıb. 

Kompleks özünəgüvənli, yaradıcı, cəmiyyətə töhfə verən gənclərin yetişməsinə xidmət edən öyrədici mühit yaradır, onların yaradıcı təfəkkürünün inkişafına təsir göstərən innovativ texnologiyalarından istifadə edilməsini dəstəkləyir. Kompleksdə milli mənəvi dəyərlərə yiyələnən şagirdlərin dünya mədəniyyətinə inteqrasiyası onların tənqidi təfəkkürünün inkişafına, problemlərin həlli yollarına yaradıcı yanaşmasına imkan verir.

Kompleksdə xüsusi təhlükəsizlik sistemi yaradılmışdır. Valideynlər övladlarının təlim fəaliyyətini xüsusi proqram vasitəsilə izləyir, onların akademik irəliləmə və ya geriləmələrini nəzarətdə saxlaya bilirlər.