Sahilyanı təmizlik aksiyası
1BMTK şagirdləri Bilgəh Daçnik ərazisində Volunteer Beach Clean, Könüllü Dəniz Kənarının Təmizlənməsi aksiyasını həyata keçiriblər.
Aksiya çərçivəsində şagirdlərimiz dəniz kənarında yerləşən tullantıları yığaraq paketlərə doldurmuş və zibil üçün ayrılan xüsusi yerə aparmışlar.
Ən çox yığılan zibilillərə plastik və şüşə butulkalar, siqarət kötükləri, uşaq bezləri, plastik qablar, yemək qalıqları, balıq torları aiddir.
Göründüyü kimi tullantıların böyük əksəriyyəti plastikdən hazırlanmışdır.
Statistikaya əsasən hər il 13 Milyon tondan artıq plastik zibil dünya okeanına qarışır, və hazırda su hövsəzində 350 milyon tondan artıq plastik üzür.
Məlumdur ki, plastikdən hazırlanan məhsullar insanların kəşfi olduğu və təbii olmadığı üçün, təbiətdə olan bakteriyalar və göbələklər tərəfindən yeyilə, parçalana bilmir və onların parçalanması 500-1000 ildən artıq vaxt alır.
Hətta 100 illiklər keçdikdən sonra belə plastik yox olmur, sadəcə mikro plastik şəklində kiçik hissəciklərə bölünərək təbiətdəki canlıların bədənində yığılır.
Bir sıra elmi tədqiqatların nəticəsində aydın olmuşdur ki, mikro plastik dənizdəki balıqların və onları yeyən insanların bədənində, qan damar sistemində tapılmışdır.
BMTK şagirdlərinin dəniz kənarının təmizlənməsi aksiyası az da olsa bu problemin qarşısını almağa xidmət edir və vətənimizin sərvəti olan Xəzərin təmiz qalmasına, bunula digər məktəblilərə nümunə olmaq məqsədi daşıyır.
Təbiəti qoruma
q, özümüzü qorumaq deməkdir.