Beynəlxalq Məktəb haqqında

Bakı Modern Beynəlxalq Məktəbi 2012-ci ildə fəaliyyətə başlamışdır. Beynəlxalq təcrübə əsasında qurulan təhsil sistemi və davamlı inkişaf sayəsində qısa müddətdə akkreditasiya əldə etmiş, beynəlxalq məktəb statusuna yiyələnmişdir. Hal-hazırda ibtidai, orta və tam orta məktəb olmaqla 260 şagird Bakı Modern Beynəlxalq Məktəbində təhsil alır.

Bakı Modern Beynəlxalq Məktəbi (Baku Modern International School) 2012-ci ildən Bakı Modern Məktəbinin nəzdində ingilis bölməsi olaraq 30 şagirdlə fəaliyyətə başlamış, beynəlxalq təcrübə əsasında qurulan təhsil sistemi və davamlı inkişaf sayəsində qısa müddətdə akkreditasiya əldə edərək beynəlxalq məktəb statusuna yiyələnmişdir. Hal-hazırda Bakı Modern Beynəlxalq Məktəbində (bundan sonra BMBM) ibtidai, orta və tam orta təhsil pillələrində ümumilikdə 260 şagird təhsil alır.

BMBM-də ingilis dilində tədris olunan fənlər milli standartlarla yanaşı ABŞ Təhsil standartları  (Common Core state standards), innovativ metod və davamlı inkişaf strategiyasına əsaslanan təhsil sistemi vasitəsilə şagirdlərdə yüksək bilik və bacarıqlar formalaşdırır. Məktəbdə beynəlxalq təcrübəli yerli və xarici müəllimlər fəaliyyət göstərir.

BMBM şagirdləri Respublika və beynəlxalq fənn olimpiadaları və fənn müsabiqələrində fəal iştirak edirlər (American Mathematic Contest I yer), SASMO (II yer), Respublika Məktəblilərinin Azercell Cup yarışı (I-II yer), UFAZ Azərbaycan Fransız Universitetinin təşkil etdiyi Geoscience yarışı (III yer), 2022 Teknofest yarışı, STEM Olimpiad, RSM International Math ContestPurple Math Comet (I yer), Kangaroo, World Math Day və s.)